İstanbul sammiti ürk dövlətləri üçün yeni dövrün əsasını qoydu  - Politoloq

11:14 15.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Türk Şurası dövlət başçılarının İstanbul sammiti yeni dövrün əsasını qoydu. VIII Zirvə görüşündə mühüm qərarlar qəbul edildi. Ən önəmli qərar təşkilatın adının “Türk Dövlətləri Birliyi” adı ilə dəyişdirilməsi və Türkmənistanın qurumun tamhüquqlu üzvü olması idi..

Bunu hafta.az-a politoloq Turan Rzayev VIII Zirvə görüşündə qəbul olunan mühüm qərarlar və Türk Şurasının Türk Dövlətləri Birliyi adlandırılmasının əhəmiyyətinə toxunarkən bildirib.

T.Razayev qeyd edib ki, Azərbaycanın Türk Şurasına sədrliyi heç də yaxşı dövrə təsadüf etmədi.

“Buna baxmayaraq ölkəmizin COVİD-19 pandemiyası dövründə təşkilata sədrliyi olduqca uğurlu oldu. Azərbaycan iki il ərzində Türk Şurasına uğurla sədrlik etmiş, sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə səy göstərmişdir.

Bu gün Azərbaycan dəyəri milyardlarla dollar olan çoxsaylı beynəlxalq enerji və nəqliyyat-infrastruktur layihələrini icra edir. Hansı ki, bu layihələr öz növbəsində türk ölkələrini də özündə ehtiva edir. Məsələ ondadır ki, rəsmi Bakının ərsəyə gətirdiyi layihələr Mərkəzi Asiya türk ölkələrinin təbii qaz və neftini Türkiyə üzərindən Avropa bazarına çıxarma imkanı yaradır. Yəni Azərbaycanın reallaşdırdığı layihə bütün türk dünyası üçün fayda verir. Onu da qeyd edim ki, bu layihələr pandemiya dövründə də səngiməmiş, bu gün də davam etməkdir.

Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub. Nəticə etibarilə deyə bilərik ki, rəsmi Bakının Türk Şurasına sədrliyi təşkilatın 10, hətta 20 ildə görməsi ehtimal olunan işlərin iki il ərzində görülməsinə gətirib çıxardı”.

Politoloq hesab edir ki, təşkilatın adının Türk Dövlətləri Birliyi adı ilə dəyişdirilməsi həm də ondan xəbər verir, təşkilat bir dövrünü tamamladı:

“Müqayisə üçün bunu bugünkü “Avropa İttifaqının”, “Avropanın Polad və Kömür Birliyinin” adı ilə yaradılmasına bəzətmək olar. Yəni Türk Şurası bu günə qədər mədəniyyət, təhsil, kommunikasiya və s. sahələri özündə ehtiva edirsə, təşkilat Türk Dövlətləri Birliyi adı ilə hərbi, iqtisadi, siyasi sahələrə daha önəm verəcək. Nəzərə alsaq ki, təşkilata sədrlik Azərbaycandan Türkiyəyə keçib, Ankara rəhbərliyində bunun olması realdır. Təbii rəsmi Bakı Türkiyənin sədrliyi dövründə də öz fikirlərini, təkliflərini təşkilata təqdim edəcək”.